Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri başa çatmışdır

 

Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş Monteneqro Prezidenti Filip Vuyanoviçin səfəri iyulun 1-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqro Prezidenti Filip Vuyanoviçi və xanımı Svetlana Vuyanovici hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 5.