Azərbaycanın və Rusiyanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi axşamı olmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da kamera musiqisi axşamı olmuşdur.

AzərTAc xəbər verir ki, "Qafqaz Resorte" otelinin kamera zalında keçirilən konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir. Azərbaycanın və Rusiyanın beynəlxalq müsabiqələr laureatı olan gənc istedadlı musiqiçiləri Səidə Tağızadənin (piano), Ümidə Abbasovanın (violin), Riad Məmmədovun (piano), Georgi Mansurovun (klarnet), Aleksey Miltıxın (violonçel), Anastasya Şapovalın (violin) və Anna Nikitinanın (viola) iştirakı ilə bəstəkar M.Bruxun, A.Piazollanın, B.Bartokun, M.Mirzəyevin əsərləri ifa olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 5.