Yohan Parts: Azərbaycan Estoniya üçün yaxşı tərəfdaşdır

 

 Azərbaycan ilə Estoniya arasında siyasi iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Maliyyə böhranı Avropada fəaliyyət göstərən şirkətlərin işlərini çətinləşdirsə , Azərbaycandakı Estoniya şirkətləri fəaliyyətlərini çətinlik duymadan davam etdirmişlər.

AzərTAc xəbər verir ki, bu sözləri Estoniyanın iqtisadi əlaqələr rabitə naziri Yohan Parts Azərbaycana səfəri çərçivəsində Rabitə İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi görüşdə demişdir. Y.Parts bildirmişdir ki, 2011-ci ildə Estoniyada ümumi daxili məhsulun artım tempi 7,6 faiz təşkil etmişdir. Estoniya əsasən Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri qurmuşdur. Buna baxmayaraq, 2011-ci ildə Azərbaycan ilə Estoniya arasındakı ticarət dövriyyəsində artım qeydə alınmışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Estoniya üçün yaxşı tərəfdaşdır.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 5.