Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

İyulun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 18-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.