Buenos-Ayresdə Argentina-Azərbaycan biznes forumu keçirilmişdir

 

İyulun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya rəsmi səfəri çərçivəsində Buenos-Ayresin "San Martin" sarayında Argentina-Azərbaycan biznes forumunun rəsmi açılış mərasimi olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki tərəfdən 250-dən artıq adamının iştirak etdiyi biznes forumda Argentinanın xarici işlər etiqad naziri Hektor Timerman, kənd təsərrüfatı, heyvandarlıq balıqçılıq naziri Norberto Yahuar, daxili ticarət üzrə dövlət katibi Guillermo Moreno Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmişlər. Çıxış edənlər Azərbaycanın Argentinanın son illər qazandıqları iqtisadi uğurlarından, iki ölkə arasında səmərəli əməkdaşlığından əlaqələrin inkişaf perspektivlərindən danışmışlar.

Forum çərçivəsində Azərbaycanın Argentinanın iqtisadiyyatlarına ölkələrimiz arasında əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilmiş, şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.