Festival çərçivəsində
növbəti kamera musiqisi
axşamı olmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də "Qafqaz Resorte" otelinin kamera zalında "Yeni adlar: Debüt" kamera musiqisi axşamı olmuşdur.
AzərTAc xəbər verir ki, konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.
Müxtəlif festivalların
iştirakçısı və beynəlxalq müsabiqələr
laureatları olan istedadlı gənc pianoçular - Nazxanım Dadaşova,
Şəhla Süleymanlı, Jalə Rəsulova bəstəkar
Q.Qarayevin "Tsarskoe selo heykəli", F.Mendelsonun
"Fantaziya fis-moll",
A.Lyadovun "Barkarola",
F.Əmirovun "Variasiya" və
"12 miniatür" silsiləsindən dörd miniatür-Noktürn,
Vals, Lirik rəqs, Tokkata, K.Debüssinin etüd 11, O.Messianın "Premerie
communion de la Vierge", C.Hacıyevin
"Ballada" əsərlərini ifa etmişlər.
Azərbaycan.- 2012.- 28 iyul.- S. 3.