Bakı Musiqi Akademiyası kamera
orkestrinin konserti təqdim edilmişdir
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi
Festivalı çərçivəsində iyulun 27-də
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
(BMA) kamera orkestrinin konserti olmuşdur.
AzərTAc
xəbər verir ki, "Qafqaz Resorte" otelinin
qarşısında quraşdırılan açıq səma
altındakı səhnədə keçirilən konsertdə
Azərbaycanın görkəmli bəstəkarlarından
Ü.Hacıbəylinin "Arazbari", Q.Qarayevin "Yeddi
gözəl" və "İldırımlı
yollarla" baletlərindən rəqs, T.Quliyevin "Əziz
surət", "Sevgi valsı", F.Əmirovun
"Nizami" simfoniyasından II və IV hissələr,
"1001 gecə" baletindən Bağdad bazarı,
V.Adıgözəlovun "Şuşa", F.Bədəlbəylinin
"Dəniz", A.Dadaşovun "Konsertino", eləcə
də xarici ölkə bəstəkarlarından
A.Piazollanın "Fuqa misteriya", F.Çileanın
"Arlezianka" operasından Federikonun naləsi, İ.S.Baxın fortepiano və
orkestr üçün konserti səsləndirilmişdir.
Əməkdar
incəsənət xadimi Azad Əliyevin və əməkdar
müəllim Tofiq Aslanovun dirijorluğu ilə keçirilən
konsertdə pianoçular - xalq artistləri Murad Adıgözəlzadə,
Murad Hüseynov, əməkdar artist Gülşən Ənnağıyeva,
Yeganə Axundova, vokalçılardan İtaliyanın Pezaro
Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə
(tenor) və beynəlxalq müsabiqələr laureatı Afaq
Abbasovanın (soprano), əməkdar artist, xanəndə
Aygün Bəylərin böyük məharətlə ifa
etdikləri musiqi əsərləri alqışlarla
qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 28 iyul.- S. 3.