Olimpiya Oyunlarının həyəcanı getdikcə artır

 

Bu gün Londonda Azərbaycanın 6 idmançısı mübarizəyə başlayır

 

 Londonda start götürən Olimpiya oyunlarının həyəcanı getdikcə artır. Artıq Dumanlı Albionda futbol üzrə görüşlər də keçirilib. Olimpiadaya idmanın 16 növü üzrə 53 idmançı ilə yollanan Azərbaycan yığması medallar uğrunda mübarizəyə iyulun 28-dən başlayır. Artıq cüdo üzrə yığmamızın bütün üzvlərinin (6 kişi, 2 qadın) rəqibləri bəllidir. Bu gün cüdoçulardan başqa boks, akademik avarçəkmə və idman gimnastikası növləri üzrə millimizin üzvləri yarışlara qatılacaqlar. Əvvəlcə kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçumuz İlqar Müşkiyev 1/16 final mərhələsindən etibarən tatami üzərinə çıxacaq. İlqar Müşkiyevin ilk rəqibi Tobias Enqlmayer (Almaniya) - Ovannes Davtyan (Ermənistan) cütünün qalibi olacaq. Günün ikinci yarısında isə boks üzrə millimizin 2 üzvü rinqə çıxacaq.

Akademik avarçəkmədə Azərbaycan təmsilçiləri Aleksandr AleksandrovNataliya Mustafayeva mübarizəyə seçmə mərhələdən başlayacaqlar.

İdman gimnastikası üzrə yarışlarda isə ölkəmizi Şakir Şıxəliyev (68 kq) təmsil edəcək.

İyulun 28-də atletlərimizin keçirəcəkləri yarışların başlanma vaxtı (Bakı vaxtı ilə) və rəqibləri ilə tanış olun:

 

 Akademik avarçəkmə

 

Nataliya Mustafayeva (2000 m). Saat 17.40

 

Rəqibləri - Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) Yeji Kim (Cənubi Koreya). Qrupda ilk 4 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

 

 Akademik avarçəkmə

 

Aleksandr Aleksandrov (2000 m). Saat 16.50

 

Rəqibləri - Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) Pol Etia Ndumbe (Kamerun). Qrupda ilk 3 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

 

 

Cüdo, 1/16 final. (60 kq). Saat 14.00

 

İlqar Müşkiyev - Tobias Enqlmayer (Almaniya) - Ovannes Davtyan (Ermənistan) cütünün qalibi.

 

 

İdman gimnastikası

 

Şakir Şıxəliyev (68 kq). Saat 15.30 - 18.10

 

 

Boks, 1/16 final

 

Məhəmməd Əbdülhəmidov  (56 kq ). Saat 17.30

 

 

Boks, 1/16 final

 

Soltan Migitinov (75 kq). Saat 19.00

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 4.