Mərakeşin Kralı əlahəzrət VI Məhəmmədə

 

 Əlahəzrət!

 

Əziz qardaşım!

 

Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın yekdil iradəsinə uyğun olaraq Azərbaycan ilə Mərakeş arasındakı möhkəm dostluq münasibətlərinin qorunub saxlanması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına sülhrifah arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 1.