İspaniya parlamenti qondarma erməni soyqırımı ilə bağlı sənədin müzakirəsindən imtina etmişdir

 

 İspaniya parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı sənədin müzakirəsindən imtina etmişdir.  AzərTAc xəbər verir ki, bu  barədə jurnalistlərə İspaniyanın hakim partiyasının mətbuat katibi Xose Mario Benetto məlumat vermişdir. 

Onun sözlərinə görə, parlamentdə keçirilmiş müzakirələrdə sənədin lehinə üç, əleyhinə isə 36 deputat səs vermişdir.

Hakim partiyasının sözçüsü vurğulamışdır ki, bu, tarixi araşdırmadır. Bunun üçün hər iki ölkə tərəfindən komissiya yaradılmışdır. Belə qanun layihəsinin müzakirəyə çıxarılması İspaniya ilə Türkiyə arasında münasibətləri pozmaqla yanaşı, Cənubi Qafqaz regionunda sabitliyə mənfi təsir edə bilər. Biz məsələnin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq.

 

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 2.