Azərbaycan gəncləri
Türkiyədə Beynəlxalq gənclik düşərgəsinin
ekoloji layihələrində iştirak edirlər
Türkiyədə İtaliya, Koreya Respublikası, Belçika, Rusiya, Serbiya, Cexiya, İspaniya, Litva, Macarıstan və Azərbaycandan gəlmiş gənclər Beynəlxalq gənclik düşərgəsində toplaşaraq müxtəlif ekoloji layihələrdə iştirak edirlər.
Azərbaycanlı gənclər Əli Qədirli və Cavid Cəfərovun da qatıldıqları layihə çərçivəsində Kırklareli vilayətinin Kavaklı rayonunda park və bağçaların abadlaşdırılması, yol və meydanların təmizliyi işləri aparılmışdır.
Beynəlxalq gənclik düşərgəsinə toplaşanlar ekoloji layihə çərçivəsində Türkiyənin digər şəhərlərində də ətraf mühitin qorunması tədbirlərində iştirak edirlər. Yerli bələdiyyələr gənclərlə görüşlər keçirir, onlar üçün tarixi məkanlara turist səfərləri təşkil edirlər.
Beynəlxalq gənclik düşərgəsi avqustun 20-dək davam edəcəkdir.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 29 iyul.- S. 2.