Muğam axşamı sürəkli
alqışlarla qarşılanmışdır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də "Qafqaz Resorte" hotelinin qarşısındakı parkda muğam axşamı təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, konsertdə gənc xanəndələr - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov, İkinci Beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov iştirak etmişlər. Muğam ustalarını tarda əməkdar artist Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, nağarada Emin Cəbrayılov və balabanda Mehman Nuriyev müşayiət etmişlər.
Konsertdə ifa olunan Azərbaycan muğamları, xalq mahnıları və təsniflər
tamaşaçılar tərəfindən sürəkli
alqışlarla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 29 iyul.- S. 4.