“Üç
tenor” adlı vokal musiqi axşamı olmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ
IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
iyulun 28-də "Qafqaz
Resorte" hotelinin kamera zalında "Üç tenor" adlı
vokal musiqi axşamı olmuşdur.
AzərTAc xəbər verir ki, konsertin birinci
hissəsində bəstəkar
F.Çileanın "Arlezianka"
operasından Federikonun,
J.Bizenin "Karmen"
operasından Xozenin ariyaları, C.Puççininin
"Toska" operasından
Kavaradossinin romansı,
"Turandot" operasından
Kalafın, C.Verdinin
"Otello" operasından
Otellonun, "Lambardiyalılar"
operasından Orontanın,
P.Maskanyinin "Kənd
namusu" operasından
Turiddunun, R.Leonkovallonun
"Payatsı" operasından
Kanionun ariyaları, habelə ispan və neopolitan mahnıları ifa olunmuşdur.
Səhnəyə çıxan vokalçıları
- İtaliyanın R.Leonkovallo
adına Musiqi Festivalının və eyni adlı musiqi fondunun rəhbəri Ottavio Palmierini, İtaliyanın Pezaro Musiqi Akademiyasının
tələbəsi Azər
Rzazadəni, beynəlxalq
festivallar və müsabiqələr iştirakçısı
Adil Axundovu pianoçuların "Rendano"
beynəlxalq müsabiqəsində
"Qran-pri" mükafatının
sahibi, digər beynəlxalq müsabiqələrin
mükafatçısı, İtaliyanın Alessandriya
Konservatoriyasının baş
müəllimi Covanni Brollo (piano) müşayiət
etmişdir.
Azərbaycan və İtalyan musiqiçilərinin çıxışları
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 29 iyul.- S. 4.