İdmançılarımız London Yay Olimpiya Oyunlarına uğurla başlamışlar

 

 Avarçəkənlərimiz 1/4 finala yüksəldilər

 

 Dünən London Olimpiadasında akademik avarçəkmə yarışlarına start verilib.  Turnirdə mübarizə aparan milli komandamızın heyətində iki idmançımızın - Aleksandr AleksandrovNataliya Mustafayevanın  debütü uğurlu alınıb.

Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən  22 yaşlı avarçəkənimiz  Aleksandr Aleksandrov 1/4 finala vəsiqə qazanıb.  Onun 2000 metr məsafəyə seçmə yürüşdə rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olublar. Aleksandrov başlanğıcda təşəbbüsə yiyələnib.  O, 500 metrlik məsafəni 1 dəqiqə 38,77 saniyə nəticə ilə 1-ci pillədə başa vuraraq 2008-ci il Pekin Olimpiadasının və 2011-ci il Dünya çempionatının finalçısı, 36 yaşlı isveçli avarçəkən Lassi Karoneni də geridə qoyub. Amma sonrakı məsafədə Karonen tempi artırıb. O, 1000 metrlik məsafəni 3 dəqiqə 19,03 saniyəyə keçibAleksandrovu 0,20 saniyə geridə qoyub. Get-gedə aradakı məsafəni artıran isveçli avarçəkən 1500 metrlik bölümdə 5 dəqiqə 0,71 saniyə nəticə göstərib və təmsilçimiz ondan 4,62 saniyə arxada qalıb. Aleksandrova 1/4 finala çıxmaq üçün ilk "3-lük"dəki yerini qoruması lazım idi. Bu səbəbdən avarçəkənimiz son bölümdə mövqeyini qorumaq üçün inadlı mübarizə sayəsində buna nail olub. Nəticədə Lassi Karonen 6 dəqiqə 45,42 saniyə nəticə ilə birinci, Aleksandr Aleksandrov 6 dəqiqə 49,81 saniyə nəticə ilə ikinci, finişə 6 dəqiqə 58,60 saniyəyə çatan monakolu Matias Raymon isə üçüncü yeri tutub. Hər üç avarçəkən birbaşa 1/4 finala yüksəlib.

Sonrakı yerləri tutan braziliyalı Anderson Noçetti (7:03.78), zimbabveli Ceyms Freyzer-Makkenzi (7:16.83) və kamerunlu Pol Etia Ndumbe (7:29.77) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.

Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən 27 yaşlı idmançımız  Nataliya Mustafayeva da 1/4 finala yüksəlib.  2000 metr məsafəyə seçmə yürüşdə Mustafayevanın rəqibləri Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olublar. Avarçəkənimiz startdan finiş xəttinədək ikinci yerdə gedib. 500 metrlik bölümü birinci keçən avstraliyalı Kim Krounun nəticəsi 1 dəqiqə 47,56 saniyə olubsa, N.Mustafayeva ondan 2,93 saniyə geri qalıb. 1000 metrlik bölümdə Krou 3 dəqiqə 42,86 saniyə, Nataliya ondan 5,65 saniyə az, 1500 metrlik bölümdə avstraliyalı 5 dəqiqə 41,78 saniyə, həmyerlimiz ondan 6,75 saniyə az nəticə göstərib. Yekunda isə Krou 7 dəqiqə 41,18 saniyə nəticə ilə birinci, N.Mustafayeva 7 dəqiqə 46,01 saniyə göstərici ilə ikinci olub. Onlar ilk dördlükdə sonrakı pillələri tutan zimbabveli Mayçin Tornikroft (7:47.10) və kubalı Yariulvis Kobasla (7:48.58) birgə 1/4 finala yüksəliblər. Salvadorlu Kamila Varqas Palomo (8:01.60) və avstraliyalı Kim Krou (8:04.68) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.

Qeyd edək ki, kişilərin yarışında 1/4 finalın yürüşləri iyulun 30-da, təsəlli yürüşləri isə iyulun 29-da olacaq. Qadınlar arasında isə 1/4 finalın yürüşlərinə  iyulun 31-də, təsəlli yürüşlərinə isə iyulun 29-da start veriləcək.

 

 Soltan Migitinov növbəti mərhələyə vəsiqə qazandı

 

London-2012-də boks yarışlarının ilk günü 75 kq çəki dərəcəsində idmançıların mübarizəsinə start verildi.

Turnirə 8 boksçu ilə qatılan milli komandamızın heyətində ilk olaraq rinqə Soltan Migitinov çıxdı. Onun 1/16 finaldakı rəqibi misirli Məhəmməd Hikal idi. Boksçumuz rəqibini birinci raundda 4:2, ikinci raunda 10:5, üçüncü raunda isə  6:5 hesabı ilə məğlub etmişdir. Ümumi nəticədə 20:12 hesabı ilə qalib gələn idmançımız 1/8 finala vəsiqə qazanmışdır.

 

Bu mərhələdə boksçumuzun rəqibi Braziliya idmançısı Florentino Falko olacaqdır. Qarşılaşma avqustun 2-də keçiriləcəkdir.

 

Şakir Şıxəliyev təsnifat mərhələsində yaxşı nəticələr göstərdi

 

 London Olimpiadasında yeganə gimnastımız Şakir Şıxəliyev də  mübarizəyə qoşulub. 21 yaşlı idmançımız fərdi çoxnövçülük üzrə yarışlarda qüvvəsini sınayıb.

İdmançımız  finala çıxmaq üçün 24 ən yaxşı nəticədən birini göstərməli idi. O, 6 növdə çıxışlarda yaxşı nəticələr göstərərək 80,364 xal toplayıb və 11-ci yer tutaraq təsnifat mərhələsini uğurla başa vurub.

 

 Bu günsabah 10 idmançımız medallar uğrunda mübarizə aparacaq

 

 Londonda Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıların mübarizəsi davam edir. İyulun 28-dən yarışlara qatılan yığmamızın atletləri iyulun 29-u və 30-da da medallar uğrunda mübarizə aparacaqlar.

Olimpiya yığmamızın üzvü İradə Aşumova 10 və 25 metr məsafələrə tapançadan atəşaçmada mükafatlar uğrunda yarışa qatılacaq. O, iyulun 29-da 10, iki gün sonra isə 25 metr məsafəyə atəş açmaqda yarışacaq. Bu növ üzrə ilk yarışın təsnifat mərhələsinə 55 idmançı qatılacaq.

Azərbaycan Olimpiya yığmasının velosipedçisi Yelena Çalıx 2 dəst medal uğrunda mübarizə aparacaq. Y.Çalıx  şose yürüşü ilə yanaşı, fərdi yarışlarda da qüvvəsini sınayacaq. O, iyulun 29-da və avqustun 1-də start xəttinə çıxacaq.

Qadın cüdoçuların mübarizəsində Azərbaycanı təmsil edəcək Kifayət Qasımova ilk mərhələdən azad edilib. 57 kq çəkidəki həmyerlimiz rəqibi Kaori Matsumoto (Yaponiya) - Vesna Cukiç (Sloveniya) cütünün qalibi olacaq. Bu cütlük iyulun 29-da mübarizə aparacaq. 

İdmançılarımızın iyulun 29-u və 30-da keçirəcəkləri görüşlərin başlanma vaxtı (Bakı vaxtı) ilə tanış olun:

 

 29 iyul - bazar

 

 

Güllə atıcılığı

 

İradə Aşumova (Qadınlar. 10 m rnevmatik taranca).

 

Saat 13:00

 

 

Cüdo 1/32 final (66 kq)

 

Tərlan Kərimov (AZƏRBAYCAN) - Musa Moquşkov (Rusiya)

 

Saat 13:30.Yarimfinal 18:00. Final- 20:50.

 

 

 Üzgüçülük

 

Oksana Hətəmxanova (100 m brass). Saat 15:13

 

Təsnifat mərhələsində 46 üzgüçü 6 qrupda yarışacaq. Ən yaxşı göstəriciyə imza atacaq 16 idmançı yarımfinala çıxacaq.

 

 

Velosiped idmanı

 

Yelena Çalıx (şose yürüşü). Saat 16:00

 

 

 Ağırlıqqaldırma

 

Valentin Xristov (56 kq A qrupu). Saat 23:00.

 

 30 iyul - bazar ertəsi

 

 

 Cüdo 1/16 final (73 kq)

 

Rüstəm Orucov (AZƏRBAYCAN) - Gideon van Zil (CAR). Saat 13:30 -16:30

 

 1/8 final (57 kq)

 

 

Kifayət Qasımova (AZƏRBAYCAN) - Kaori Matsumoto (Yaponiya) - Vesna

 

Cukiç (Sloveniya) cütünün qalibi.

 

Saat 13:30 -16:30

 

 

 Boks 1/32 final (52 kq)

 

Elvin Məmişzadə (AZƏRBAYCAN) - Tuqstsoqt Nyambayarla (Monqolustan)

 

Saat 18:30 -18:45.

 

 1/32 final (81 kq)

 

Vətən Hüseynli (AZƏRBAYCAN) -

 

Karlos Qonqoru Monroyl (Ekvador)

 

Saat 01:45.

 

 

Ağırlıqqaldırma

 

Boyanka Kostova (58 kq A qrupu)

 

Saat 19:30-21:30

 

 London-2012-də qazanılan ilk qızıl medal

 

 Böyük Britaniyanın paytaxtı Londonda 2012-ci il Olimpiya Oyunlarının ilk medal dəsti oynanılmışdır.

Qadınlar arasında 10 metr məsafədən pnevmatik tüfəngdən atəş açmaqda çinli atıcı İ.Sılin ən yaxşı nəticə (502,9 xal) göstərərək fəxri kürsünün birinci pilləsini tutmuşdur. Bununla da o, London-2012-nin ilk qızıl medalını qazanmış idmançı kimi tarixə düşmüşdür. Polşalı Silviya Boqatskaya (502,2 xal) gümüş, çinli Yuy Dan isə (501,5 xal) bürünc medallara sahib olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 5.