Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olmuşdur

 

 Xəbər verdiyimiz kimi, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş vermişdir.

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olmuşdur.

Baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət başçısına məlumat verildi. Vəziyyətlə yerindəcə tanış olan Prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 2.