Olimpiya çempionumuz
Elnur Məmmədli bu
gün mübarizəyə başlayır
XXX London Yay Olimpiya Oyunlarının IV günü Azərbaycan millisinin heyətində qüvvəsini sınayacaq idmançıların adları məlumdur. İyulun 31-də yığmamızın heyətində 7 atlet mübarizəyə qoşulacaq.
Onların arasında son Olimpiya çempionumuz Elnur Məmmədli də var. Elnur Olimpiadaya 81 kq çəkidə 1/32 finaldan başlayacaq. Qadın cüdoçumuz Ramilə Yusubova (63 kq) isə 1/16 finaldan yarışlara qoşulacaq. Avarçəkmə üzrə yığmamızın iki üzvü - Aleksandr Aleksandrov və Natalya Mustafayeva 1/4 finalda mubarizə aparacaqlar. Bu gün boksçumuz Heybətulla Hacəliyev və ağırlıqqaldırma üzrə millimizin iki atleti Əfqan Bayramov, Sərdar Həsənovun necə mübarizə aparacaqlarının şahidi olacağıq.
İyulun 31-də keçiriləcək Olimpiya oyunlarında idmançılarımızın qarşılaşacaqları rəqiblər və oyunların başlanma vaxtı (Bakı vaxtı ilə) ilə tanış olun:
Cüdo 1/32 final (81 kq)
Elnur Məmmədli (AZƏRBAYCAN) - Antuan
Valua-Fortiey (Kanada). Saat 13:30 - 16:30
Cüdo 1/16 final (63 kq)
Ramilə
Yusubova (AZƏRBAYCAN) - Gülnar
Hayıbayeva (Türkmənistan).
Saat 13:30 - 16:30
Akademik avarçəkmə 1/4 final
Aleksandr
Aleksandrov (akademik avarçəkmə, 2000 m). Saat
13:30 - 16:40
Natalya Mustafayeva (akademik avarçəkmə, 2000 m). Saat
13:30 - 16:40
Boks 1/16 final (64 kq)
Heybətulla Hacəliyev (AZƏRBAYCAN) - Abderrazak Houyan (Tunis).
Saat
22:45
Ağırlıqqaldırma
Əfqan Bayramov (69 kq A qrupu). Saat 23:00 - 01:00
Sərdar
Həsənov (69 kq A qrupu). Saat
23:00 - 01:00
Azərbaycan.- 2012.- 31 iyul.- S. 3.