“Arzumu tələbəm
çin etdi”
"Mən 3 olimpiadada çıxış etmişəm. Həmişə də məndən medal gözləyiblər". Bu fikirləri apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi Nizami Paşayev deyib.
Vaxtilə yığmamızın liderlərindən,
Olimpiadada əsas medal ümidlərindən olan Paşayev
özü buna nail ola bilməsə də, indi yetirməsi
Valentin Xristovun uğuruna görə sevinir: "Afinaya, Pekinə
qızıl medal dalınca getmişdim. Ancaq arzularım
boşa çıxmışdı. Mənim bu arzumu tələbəm
çin etdi".
Azərbaycan.- 2012.- 31 iyul.- S. 3.