Qəbələ
IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Sergey Raxmaninovun əsərlərindən
ibarət konsert olmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Festivalın proqramına uyğun olaraq iyulun 30-da "Qafqaz Resorte" otelində növbəti kamera musiqisi axşamı keçirilmişdir.
Pianoda çıxış edən festivalın bədii rəhbəri, xalq artisti, "Şöhrət" ordenli Fərhad Bədəlbəyli və xalq artisti Murad Adıgözəlzadəni violonçeldə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru və festivalın bədii rəhbəri olan Dmitri Yablonski müşayiət etmişdir.
Tanınmış musiqiçilər tamaşaçılara görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim etmişlər. Onlar yüksək səviyyəli çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.