Hillman Terome FRAZİER: Festival
çox yüksək səviyyədə təşkil
olunmuşdur
Bu, mənim
Qəbələyə ilk gəlişimdir. Yaxşı ki,
burada belə bir festival keçirilir və mənim kimi nə
qədər insan bu gözəllikləri görür. Mənim
fikrimcə, yay günlərində burada, belə bir festivalda
olmaq ən gözəl istirahət seçimlərindən
biridir.
Bu
sözləri Azərbaycanda səfərdə
olan ABŞ-ın Missisipi ştatının Senatının
üzvü Hillman Terome Frazier Qəbələ
IV Beynəlxalq Musiqi Festivalında London Royal Filarmonik Orkestrinin
konsertlərini izləyərkən jurnalistlərə
müsahibəsində demişdir. Özü ilə
yanaşı, xanım senatorlar Salli Doti və Maria
Çensenanın da festivalın konsertlərindən xüsusi
zövq aldığını deyən senator Hillman Terome
Frazier konsertdə iştirak etmələrindən peşman
olmadıqlarını bildirmişdir.
"Həm
Qəbələ, həm də bu bölgəyə ahəngdar
şəkildə təşkil olunan festival bizə çox
xoş oldu. Çünki klassik musiqinin incəlikləri
buradakı təbii gözəlliklərlə bir-birini
tamamlayır. Festival çox yüksək səviyyədə
təşkil olunmuşdur. İlk dəfə gəldiyim Qəbələyə
heyran qaldım. Bildiyimə görə, festival ənənəvi
olaraq hər yay keçirilir. Deməli, növbəti illərdə
də gəlib bu dağlara, bu əsrarəngiz təbiətə
və gözəl musiqi axşamına qonaq olmaq
mümkündür".
AzərTAc
Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.