Böyük BritaniyaŞimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının idmançılarını onların məşqçilərini Böyük Britaniya Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

 

- birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

 

- ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;

 

- üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikası

Milli Olimpiya Komitəsinin Prezidenti

Bakı şəhəri, 3 iyul 2012-ci il

 

Azərbayca.- 2012.- 4 iyul.- S. 2.