Azərbaycan Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri qızıl nişanına layiq görülmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişana layiq görülmüşdür.

AzərTAc xəbər verir ki, ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı qərarda deyilir: "Azərbaycan Respublikası həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadisiyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ÜHİK-in "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" Fəxri qızıl nişanı ilə təltif edilsin".

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 3.