Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın xarici işlər və etiqad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman  bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğuladı.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 4.