Azərbaycan və Sloveniya Mühəndislik akademiyaları arasında ikitərəfli elmi texniki saziş imzalanmışdır

 

Sloveniya Mühəndislik Akademiyasının prezidenti, akademik Emri İqor Bakıya iki günlük işgüzar səfərə gəlmişdir.

Səfər çərçivəsində sloveniyalı qonaq Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev ilə görüşmüşdür.

Azərbaycan Mühəndislik Akademiyasından AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkənin mühəndislik akademiyaları arasında ikitərəfli elmi-texniki əməkdaşlığın istiqamətləri müzakirə olunmuş, tələbə, aspirant və alimlərin qarşılıqlı mübadiləsi və elmi stajkeçmənin aspektləri müəyyənləşdirilmişdir.

Görüşün sonunda Azərbaycan və Sloveniya mühəndislik akademiyaları arasında ikitərəfli elmi-texniki saziş imzalanmışdır. Qərargahı Lyublyana şəhərində olmaqla Avropa Azərbaycan-Sloveniya Mühəndislik Mərkəzinin yaradılması tövsiyə olunmuşdur.

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Sloveniyaya səfərə dəvət edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 4.