XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

 Milli Olimpiya Komitəsinin üzvləri və XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti iyulun 3-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişdir ki, XXX London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 53 idmançımızın və idman heyətinin bu gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xeyir-duası ilə yola salma mərasimi olacaqdır.

İnanırıq ki, onlar dövlətimizin və Prezidentimizin idmançılara göstərdiyi etimadı doğruldacaq, Azərbaycanı layiqincə təmsil edəcək, bu yarışlardan Vətənə uğurlu nəticələrlə dönəcəklər.

İdmançılar isə öz növbəsində, Azərbaycanın üçrəngli bayrağını ucaldacaqlarına və Vətənə medallarla qayıdacaqlarına söz vermişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.