Bakıda Argentina nümayəndə heyətinin şərəfinə
ziyafət verilmişdir
İyulun 3-də Bakıda, Gülüstan sarayında Azərbaycanda səfərdə olan Argentina nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir.
Argentinanın daxili ticarət üzrə dövlət katibi Giyermo Moreno ziyafətdə çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu bildirən dövlət katibi əlaqələrimizin genişlənməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.
G.Moreno Bakıda keçirilmiş Azərbaycan-Argentina biznes forumunun əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.