ABŞ Dövlət
Departamenti: Trans-Anadolu
kəməri “Cənub”
dəhlizinin vacib hissəsi olacaqdır
Trans-Anadolu kəməri
"Cənub" dəhlizinin
vacib hissəsi olacaqdır. Bu bəyanatla
ABŞ Dövlət Departamentinin
rəsmisi iyulun 2-də
çıxış edərək
ABŞ hökumətinin Türkiyə
ilə Azərbaycan arasında kəmər layihəsinə dair imzaladığı hökumətlərarası
razılaşmaya dəstəyini
bildirmişdir.
Diplomat vurğulamışdır ki, Birləşmiş Ştatlar Azərbaycanın
Avropaya təbii qaz ixrac edən
və Avratlantik icma ilə əlaqələrini
möhkəmləndirən "Cənub" dəhlizinin yaradılması məqsədini
dəstəkləyir. O demişdir:
"Biz ölkələrimiz arasında ümumi strateji maraq kəsb edən enerji təhlükəsizliyi
üzrə Azərbaycanla
birgə işləyirik.
Əməkdaşlığımız Azərbaycanın suverenliyi və müstəqilliyini möhkəmləndirməklə
yanaşı, Avropanı
müxtəlif enerji mənbələri seçimi
ilə də təmin edir". Dövlət Departamentinin rəsmisi Azərbaycanın
"Şahdəniz" yatağından
çıxarılan təbii
qazın "Cənub"
dəhlizinin əsasını
qoyacağını, Trans-Anadolu
kəmərinin bu dəhlizin vacib hissəsi olaraq Türkiyədən keçəcək
"Şahdəniz" qazı
və gələcəkdə
Xəzər hövzəsinin
digər enerji istehsalçıları üçün
mükəmməl, genişləndirilə
biləcək marşruta
çevriləcəyini bəyan
etmişdir.
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.