Bakıda Azərbaycan-Argentina biznes-forumu keçirilmişdir

 

 İyulun 3-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Argentina biznes-forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə kənd təsərrüfatı, ərzaq, şərabçılıq, aqrokimya, neft, sənaye, İKT, inşaat, əczaçılıq, tekstil, xidmət s. sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Tədbiri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə danışmışdır. Nazir biznes-forumda müzakirə edilən məsələlərin adamlarının ikitərəfli görüşlərinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində əhəmiyyətini qeyd etmiş, argentinalı sahibkarları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir.

Argentinanın xarici işlər naziri Hektor Timerman daxili ticarət üzrə dövlət katibi Giyermo Moreno bu ölkənin ticarət missiyasının ölkəmizə səfərinin məqsədi barədə məlumat vermişlər. Qonaqlar argentinalı adamlarının respublikamızda yaradılmış biznes investisiya mühitindən yararlanmaqla azərbaycanlı tərəfdaşları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulamışlar.

AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva təqdimatında qurumun fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes mühiti investisiya imkanlarına dair məlumat vermişdir.

Forum çərçivəsində Argentinanın ölkə təqdimatı olmuşdur.

Biznes-forum çərçivəsində ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

İyulun 4-də adamları arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 6.