Jülyen Vayss: Azərbaycan musiqisini çox sevirəm

 

 Azərbaycan musiqisini çox sevirəm. Müğənni Alim Qasımovun ifasına isə xüsusilə heyranam.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən "İpək yolu" III Beynəlxalq musiqi festivalının iştirakçısı, Türkiyənin "Əl-Kindi" instrumental ansamblının rəhbəri, virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss demişdir.

Konsertdə Azərbaycana da yaxın olan XV əsrə aid çox qədim bir Osmanlı musiqisini, Sultan Bəyazidin əsərini ifa etdiklərini vurğulayan Jülyen Vayss Azərbaycan, türk ərəb musiqilərini birləşdirməyi çox sevdiyini bildirmişdir. O, türk saray musiqisi əsasında türk, azərbaycanlı və ərəb musiqiçiləri ilə "Ottoman Perfumes" adlı musiqili kompozisiya hazırladığını, proqramda Azərbaycandan olan tar ifaçısı Malik Mansurovun da iştirak etdiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 7.