Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir. Şəxsən Sizin dəstəyinizlə qarşılıqlı əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm.
Xahiş edirəm, şəxsən öz adımdan və Latviya xalqı adından ən səmimi arzularımı qəbul edəsiniz.
Dərin hörmətlə,
Andris BERZİNŞ,
Latviya Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 1 iyun.- S. 1.