Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Xahiş edirəm, şəxsən öz adımdan və Sloveniya xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edəsiniz. Ölkənizə tərəqqi və rifah arzu edirəm.

Fürsətdən istifadə edərək, Sloveniya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını vurğulamaq istərdim. Sizin Sloveniyaya keçənilki səfəriniz ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsinə təkan vermişdir.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Danilo TÜRK,

Sloveniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 1.