Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri, əziz dostum!
Azərbaycanın
milli bayramı - 28 May - Respublika günü münasibətilə
səmimi təbriklərimi Sizə çatdırıram.
Monteneqro
ilə Azərbaycan arasındakı əlaqələr həmişə
səmimi dostluğa əsaslanmışdır. Keçən
il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq
göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı
genişləndirmək naminə göstərdiyimiz
qarşılıqlı səylərin nəticələri məmnunluq
doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq
olunub. Monteneqro və Azərbaycan xalqları arasında
inkişaf etdirməyə
çalışdığımız
qarşılıqlı əlaqələri daha da gücləndirmək
üçün möhkəm hüquqi baza
yaradılmışdır.
Bununla
yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində
yerləşən, regionda bir əsrdən artıq təcrübəsi
olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin
göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı
genişləndirmək üçün daha bir imkandır.
Monteneqro
xalqına Azərbaycanın yardımı üzrə sosial
layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən
yüksək qiymətləndirilmişdir. Onlar öz dərin
təşəkkürünü Azərbaycan xalqına və
şəxsən Sizə ən müxtəlif yollarla ifadə
etmişlər. İnanıram ki, bu, ölkələrimiz və
xalqlarımız arasındakı dostluğa mühüm
töhfə verəcəkdir.
Hörmətli
Prezident! Əməkdaşlığımızı
çoxşaxəli etmək və ölkələrimiz
arasında əlaqələri gücləndirmək
üçün xüsusən Sizin göstərdiyiniz səyləri
xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə
yüksək həssaslıqla yanaşdığınıza
görə Sizə ürəkdən minnətdaram. Gələcək
əməkdaşlığımıza dair planların eyni dərəcədə
uğurlu olacağına dərindən inanıram.
Zati-aliləri,
Sizə möhkəm cansağlığı və ali dövləti
fəaliyyətinizdə uğurlar diləyirəm.
Ən
yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm.
Filip VUYANOVİÇ,
Monteneqro Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 1 iyun.- S. 1.