ÜNS yaradıcılıq səhnəsində müasir incəsənət üzrə mütəxəssis Tatyana Volkovanın mühazirəsi maraqla qarşılanmışdır

 

İyunun 2-də müasir incəsənət üzrə mütəxəssis Tatyana Volkova "ÜNS yaradıcılıq səhnəsi"ndə "Sosial yönlü bədii praktika" mövzusunda mühazirə oxumuşdur.

AzərTAc xəbər verir ki, mühazirədə public art-ın sosial rolu diqqətə çatdırılmışdır. Həmçinin mühazirə ötən əsrin 70-ci illərində ABŞ və Qərbi Avropada bədii və sosial-siyasi hərəkatın qarşılıqlı təsiri, ictimai məkanda incəsənətin sonrakı inkişafı, incəsənətin sosial qruplara yönəlməsi, protestlərdə rəssamın yeriaktual rolu məsələlərini əhatə etmişdir.

Nəzərə çatdırılmışdır ki, incəsənət sahəsində muzeyqalereyalardan kənarda sənət əsərlərinin nümayişi kimi novatorluq ilk vaxtlarda qəbul olunmasayaxud təəccüblə qarşılansa da, hazırda incəsənət dünyasında öz yerini tapmışdır.

Tatyana Volkova Moskva Sosialİqtisadi Elmlər Ali Məktəbində art-menecment magistr dərəcəsini almış, Nyu-Yorkda "Beynəlxalq studiyalarkuratorluq proqramı"nı tamamlamışdır. O, "Tsarisıno" muzeyində, Dövlət Tretyakov Qalereyasında, "Refleks" qalereyasında, "Qaraj" müasir mədəniyyət mərkəzində kurator fəaliyyəti ilə məşğul olmuşdur. 2009-cu ildən Rusiya boyakarlıq sənəti layihəsi üzrə kuratordur.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 7.