Romada İtaliya - Azərbaycan əlaqələrinə həsr olunmuş konfrans keçirilmişdir

 

 Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərində "Azərbaycanda iqtisadi keçidİtaliya ilə əlaqələr" mövzusunda konfrans keçirmişdir.

Tədbiri BMİ-nin prezidenti Stefano Silvestri açmışdır. Daha sonra BMİ-nin direktor müavini xanım Natali Toççi, İngiltərənin Brayton Universitetinin professoru Jens Holşer, Xəzər Universitetinin dosenti Fikrət Paşayev çıxış etmişlər.

Bundan əlavə, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan "UNICREDIT" bankı, "IRD Enginnering" "Saipem" İtaliya şirkətlərinin nümayəndələri ölkəmizdə əldə etdikləri müsbət təcrübə, biznes mühiti sərmayə qoyuluşu imkanları barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Tədbirdə məruzəçilər tərəfindən ölkəmizin müstəqillik əldə etdiyi son iyirmi il ərzində iqtisadi sahədə aparılmış islahatlar, əldə olunmuş uğurlar, xüsusilə son dövrlərdə ölkə iqtisadiyyatında müşahidə edilən sürətli artım barədə məlumat verilmişdir. Həmçinin ölkədə biznes mühiti sərmayə qoyuluşu imkanları barədə söz açılmışdır. Konfransda auditoriyanın sualları cavablandırılmış mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır.

Konfrans BMİ-nin Azərbaycan ilə bağlı keçirdiyi silsilə tədbirlərin dördüncüsüdür. İl ərzində BMİ tərəfindən Azərbaycanla bağlı yekun konfransın keçirilməsi nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 7.