Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.

Baş katib Ekmələddin İhsanoğlu ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyini vurğulayan Ekmələddin İhsanoğlu bu dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 1.