2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi üçün
Bakı şəhərinin namizədliyinin irəli
sürülməsi ilə bağlı Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İslam Həmrəyliyi Oyunları keçirilməyə başlandığı dövrdən etibarən dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Həmin oyunlarda Azərbaycanın fəal iştirakı və idmançılarımızın uğurlu nəticələri bir daha respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatdığını göstərir.
Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları nümayiş etdirəcək, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcəkdir.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat
Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin
Mustafayev - Azərbaycan
Respublikasının iqtisadi
inkişaf naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Füzuli
Ələkbərov - Azərbaycan
Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri
Rövnəq Abdullayev - Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin prezidenti
Çingiz Hüseynzadə - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
İlqar
Rəhimov - Azərbaycan
Respublikası Paralimpiya
Komitəsinin prezidenti
Ağacan
Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Fərid
Mansurov - Olimpiya çempionu
Namiq Abdullayev - Olimpiya çempionu
Zemfira Meftəhətdinova - Olimpiya
çempionu
Elnur Məmmədli - Olimpiya çempionu
Nizami Paşayev - İslam Həmrəyliyi Oyunlarının
çempionu
2. Təşkilat Komitəsi
Bakı şəhərinin
2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarını
keçirmək üçün
namizəd şəhər
kimi irəli sürülməsi ilə
bağlı bütün
məsələləri həll
etsin.
3. Təşkilat Komitəsi Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
ilə bağlı Bakı şəhərinin
namizədliyinin sifariş
kitabını hazırlasın.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 5 iyun.- S. 1.