“Torpaq
bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 390; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddələr 11, 13; 2006, ¹ 6, maddə 478, ¹ 8, maddə 657; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 571; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048) 16-cı maddəsinin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.