Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ  nömrəli qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 154; 2001, ¹ 3, maddə 149; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 14; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048) 16-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 16. İcarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması

 

Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması halları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Torpaq dövlət ehtiyacları üçün alındıqda, onun əvəzində icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq verilə bilər.

Torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.