Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Vyetnam Sosialist Respublikası dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Şadam ki, ötən müddət ərzində ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri qorunub saxlanmışdır və inkişaf edir. Vyetnamın rəhbərliyi və xalqı ölkələrimizin inkişaf potensialını və onun zəruriliyini əsas tutaraq çalışır ki, Azərbaycan Respublikasının rəhbərliyi və xalqı ilə birlikdə ölkələrimizin xalqlarının mənafeyi naminə bu xoş münasibətlər durmadan möhkəmlənsin və genişlənsin.

Fürsətdən istifadə edib ölkənizə firavanlıq, xalqınıza isə səadət diləyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

 

 

Hörmətlə,

 

Çıonq Tan ŞANQ,

Vyetnam Sosialist Respublikasının

Prezidenti

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.