Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu!
Azərbaycanın
milli bayramı - Respublika Günü münasibətilə Sizi
tatarıstanlılar adından və şəxsən öz
adımdan səmimi qəlbdən
təbrik edirəm. Sizə və Sizin gözəl
ölkənizin bütün sakinlərinə bayram əhval-ruhiyyəsi,
cansağlığı, firavanlıq və Azərbaycanın
inkişafı naminə ali dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram.
Tatarıstanlılar
qardaş xalqlarımızın tarixi dostluğunun qədrini
bilir və Azərbaycan sakinlərinin bu bayram sevincinə
ürəkdən şərik olurlar. İnanırıq ki, biz
birgə səylərimizlə Tatarıstan ilə Azərbaycan
arasında qarşılıqlı hörmət və etimada əsaslanan
əməkdaşlıq ənənələrini bundan sonra da
fəal inkişaf etdirəcək, Rusiya-Azərbaycan
qarşılıqlı fəaliyyəti çərçivəsində
çoxşaxəli əlaqələrin möhkəmlənməsi
üçün yeni imkanlar tapacağıq.
Dərin
ehtiramla və ən xoş bayram arzuları ilə,
Rüstəm MİNNİXANOV,
Rusiya Federasiyası Tatarıstan
Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.