Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Qudlak Conatana

 

Hörmətli cənab Prezident!

 

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Nigeriya xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.