Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 

¹ 125 Bakı şəhəri, 4 iyun 2012-ci il

 

“Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 "Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 5, maddə 252; 2005, ¹ 11, maddə 1076; 2008, ¹ 5, maddə 432; 2009, ¹ 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində "Dövlət büdcəsindən" sözləri "Büdcədən" sözü ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. adında və 7-ci hissəsində "Dövlət büdcəsindən" sözləri "Büdcədən" sözü ilə əvəz edilsin;

1.2.2. 1-ci hissəsində "dövlət büdcəsindən" sözləri "büdcədən" sözü ilə əvəz edilsin;

1.2.3. 2-ci hissəsinin  altıncı abzasında "Fövqəladə Hallar Nazirliyinin," sözləri "Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin," sözləri ilə, "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin" sözləri ilə əvəz edilsin;

1.2.4. 4-cü hissə üzrə:

1.2.4.1. birinci cümlədə "dövlət büdcəsinin" sözləri "büdcənin" sözü ilə, "Təhsil Nazirliyindən" sözləri "Təhsil Nazirliyindən (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən)" sözləri ilə, "Nazirlər Kabineti" sözləri "Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri ilə əvəz edilsin;

1.2.4.2. ikinci cümlədə "Nazirlər Kabineti" sözləri "Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri ilə, "dövlət büdcəsinin" sözləri "büdcənin" sözü ilə əvəz edilsin;

1.2.5. 5-ci hissə üzrə:

1.2.5.1. birinci abzasda "Dövlət büdcəsinin" sözləri "Büdcənin" sözü ilə, hər iki halda "Təhsil Nazirliyi" sözləri "Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi)" sözləri ilə əvəz edilsin;

1.2.5.2. ikinci abzasdan "həmin təklifləri" sözləri çıxarılsın, "Təhsil Nazirliyi" sözləri "Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi)" sözləri ilə, "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və  İqtisadi İnkişaf Nazirliyinin) sözləri ilə, "müvafiq qaydada rəsmiləşdirir" sözləri "həmin təhsil müəssisələri barədə müvafiq qərar qəbul edir" sözləri ilə əvəz edilsin;

1.2.6. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

 "5-1. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası tələbləri nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir." ;

1.2.7. 6-cı hissə üzrə:

1.2.7.1. birinci abzasda "Dövlət büdcəsindən" sözləri "Büdcədən" sözü ilə, "dövlət büdcəsində" sözləri "büdcədə" sözü ilə əvəz edilsin;

1.2.7.2. ikinci abzasda "dövlət büdcəsi" sözləri "büdcə" sözü ilə əvəz edilsin;

1.2.8. 7-ci hissədə "Dövlət büdcəsindən" sözləri "Büdcədən" sözü ilə, "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri  Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 3.