Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 126 Bakı
şəhəri, 4 iyun 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları”nda dəyişiklik edilməsi barədə
"Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 833) ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:
"1.3-1. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası bu Qaydaların müddəaları nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2012.- 5 iyun.- S. 3.