Ekmələddin İhsanoğlu: Bakıya hər gəlişimdə
böyük inkişafın şahidi oluram
Bakıya hər gəlişimdə böyük inkişafın, dəyişikliyin şahidi oluram, Azərbaycanın necə güclü bir dövlət olduğunu görürəm.
Bu sözləri Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu AzərTAc-a müsahibəsində demişdir.
Azərbaycanın onun rəhbərlik etdiyi təşkilatın ən fəal üzvlərindən biri olduğunu vurğulayan İƏT-in baş katibi demişdir: "İƏT-ə ən sonda qoşulan dövlətlərdən olmasına baxmayaraq, Azərbaycan təşkilat ilə fəal əməkdaşlıq edir".
E.İhsanoğlu qısa zaman ərzində Azərbaycan ilə
İƏT arasında əməkdaşlığın
genişləndirilməsindən məmnun olduğunu
qeyd etmişdir.
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.