Azərbaycan ilə
İƏT arasında geniş və dərin
münasibətlər mövcuddur
AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İƏT arasında geniş və dərin münasibətlərin mövcud olduğunu vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, ölkəmiz islam ümmətinin bir hissəsidir.
Azərbaycan-İƏT münasibətlərinin əhəmiyyətindən danışan E.İhsanoğlu demişdir ki, ölkəmiz təşkilatda mühüm rola malikdir.
Görüşdə tərəflər son vaxtlar dünyada artmaqda olan islamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bildirmiş və bununla mübarizənin aparılması istiqamətində müştərək tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Bundan əlavə, görüşdə islam
dünyasının üzləşdiyi problemlər, təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın rolu
və ölkəmizin Əfqanıstanda sülhün
və sabitliyin bərqərar edilməsinə
verdiyi töhfələr haqqında fikir mübadiləsi
aparılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan
ilə İƏT arasında təhsil sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi
istiqamətində müzakirələr aparılacaqdır.
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.