BMT-nin baş katibinin 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar müraciəti yayılmışdır

 

 Birləşmiş Millətlər Təşkilatının (BMT)  baş katibi Pan Gi Munun 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar müraciəti yayılmışdır.

Müraciətdə bildirilir ki, dünya əhalisinin sayı 7 milyarddır və bu rəqəm 2050-ci ilədək 9 milyardı ötə bilər. Bu isə əhali sıxlığından əziyyət çəkən şəhərlərə,  o cümlədən qida, su və enerjiyə tələbatın artması  səbəbindən təbii ehtiyatlara  daha çox təzyiqin olacağı deməkdir. Bu, həmçinin daha çox insanın axtaracağı deməkdir. Bütün dünyada hazırda 1,3 milyard insan işsizlikdən, yaxud layiqli yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə, növbəti on il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaqdır. Ağıllı siyasət və düzgün investisiya qoyuluşu vasitəsilə ölkələr ətraf mühiti mühafizə edə, iqtisadiyyatlarını inkişaf etdirə, layiqli yerləri açasosial inkişafı sürətləndirə bilərlər.

Baş katib bildirir ki, bu ay keçiriləcək "Rio+20" konfransı davamlı inkişafa dair qlobal öhdəlikləri təyin etmək imkanı yaradır. Biz razılaşmalıyıq ki, Rioda artım və pulun yalnız ümumi daxili məhsul vasitəsilə ölçülməsi adekvat deyildir. Dünya ölkələri qarşılarına minilliyin inkişaf məqsədlərinin nailiyyətlərini möhkəmləndirəcək bir sıra davamlı inkişaf hədəfləri qoymalıdırlar.  Biz, eyni zamanda, davamlılığın əsası olan enerji, su, qida, şəhərlər, okeanlar, yerləri və qadınların səlahiyyətlərinin artırılması kimi məsələlərdə də inkişafa nail olmalıyıq.

Müraciət bu sözlərlə qurtarır: "Rioda biz dünyanın davamlı artım və inkişaf trayektoriyasını daha da yüksəltmək üçün tərəfdaşlarımızı səfərbər etməliyik. Ümumdünya Ətraf Mühitin Mühafizəsi  Günündə və bu tarixi konfransa az vaxt qaldığı bir dövrdə mən hökumətləri, biznesmenləri və cəmiyyətin bütün üzvlərini istədiyimiz davamlı gələcəyə nail olmaq üçün hərtərəfli seçimlər etməyə çağırıram".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 7.