Beynəlxalq təşkilatlar
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli istiqamətində Azərbaycan
hökumətinin gördüyü işləri
yüksək qiymətləndirirlər
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 31-də İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi ilə görüşmüşdür.
Görüşdə Mahmud Seyyidi Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, demokratik islahatları, geniş əhatəli quruculuq işlərini qeyd etmiş, Dövlət Proqramına uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması məqsədi ilə həyata keçirilən tədbirləri yüksək dəyərləndirmiş, həmçinin beynəlxalq humanitar təşkilatların, o cümlədən İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə yaradılmış münbit, şəffaf və sıx əməkdaşlığa görə səmimi təşəkkürünü bildirmişdir.
Görüşdə təşkilatın
gələcək fəaliyyəti, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
nəticəsində ölkəmizdə olan
bir milyonadək qaçqının və
məcburi köçkünün həyat
şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan layihələr barədə ətraflı
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.