Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının keçirilməsi münasibətilə zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ülyahəzrət Kraliça hökuməti adından təbrik etmək istəyirəm.

Azərbaycan gələn illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynayacaq enerji resursları ilə seçilən regionun mərkəzində yerləşir. Azərbaycan həmin sərvətlərin hamının rifahına yönəldilməsində əsas və fəal rol oynamışdır. Ötən ilin sonunda əldə edilmiş mühüm hökumətlərarası saziş "Şahdəniz" qazının Avropaya nəqli məqsədilə Transanadolu boru kəmərinin çəkilməsi istiqamətində işin başlanması ilə yanaşı, "Cənub" qaz dəhlizinin reallığa çevrilməsinə yardım edəcəkdir. Bu, Avropa enerji təchizatında şaxələndirməyə doğru atılan addım deməkdir. Bu, həmçinin regionun karbohidrogen ehtiyatlarının işlənilməsinə imkan yaratmaq üçün vacibdir. Məmnunuq ki, Azərbaycanda ən böyük xarici sərmayədar olan bp şirkəti bu işdə çox yaxından iştirak edir.

Bu layihə üzrə aparılacaq hələ ki, çoxdurbir sıra digər tərəflər iştirak etmək üçün növbədədir. Mən gələcəkdə sabit enerji mənbəyini təmin etmək məqsədilə səy göstərən bütün tərəflərə uğurlar arzulayıram. Builki Xəzər neftqaz sərgisində bütün iştirakçılara uğurlu həftə diləyirəm.

 

 

Devid KEMERON,

Böyük Britaniya və

Şimali İrlandiya Birləşmiş

Krallığının Baş naziri

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 1.