Azərbaycan Prezidenti İlham Əliyev
Almaniyanın keçmiş xarici işlər nazirinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Hans-Ditrix Genşerlə Münxendə keçirdiyi görüşü xatırladı. Qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən dövlət başçısı bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Almaniya cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən böyük nümayəndə heyəti ilə respublikamıza səfərə gəldiyini vurğulayan Hans-Ditrix Genşer ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı arasında əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyun.- S. 3.