Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və omitənin strukturunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qərara alıram:

 

1. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında  Əsasnamə" təsdiq edilsin (Əlavə I).

2. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu" təsdiq edilsin (Əlavə II).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 3.