“Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər
edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 335-IVQD nömrəli
qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mənzil
Məcəlləsində dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 335-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. bir ay müddətində Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin 28.4-5-ci maddəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı" barədə təkliflərini hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.5. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.